📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“X”ə kütləvi kiberhücum olub

2025-03-11 00:26:29

“X”ə kütləvi kiberhücum olub

Amerikalı milyarder, ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və “X” sosial şəbəkəsinin sahibi İlon Mask sosial şəbəkəyə qarşı kütləvi kiberhücumun başlandığını və hələ də davam etdiyini bildirib.

Bu barədə o, özünün “X” səhifəsində yazıb.

“Bizə hər gün hücum edilir, lakin bu hücum əhəmiyyətli resurslardan istifadə edilməklə həyata keçirilib. Hücumlar ya böyük koordinasiyalı qrup, ya da bir ölkəni əhatə edir”, - Mask qeyd edib.