📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Xəbər gəldi ki, başı pozulub” - Məktəbdəki hadisənin təfərrüatı

2025-04-04 12:56:39

“Xəbər gəldi ki, başı pozulub” - Məktəbdəki hadisənin təfərrüatı

26 yaşlı Əfsanə Rzayeva kəsici-deşici alətlə məktəbə gələrək övladını döyməyə cəhd edib və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirib.

Hurriyyet.az-ın məlumatına görə, Ə. Rzayevanın qayınanası açıqlamasında bildirib ki, gəlininin səhhətində problemlər olub:

“Üç övladı var. 5 dəfə narkoz alıb. Başı travma alıb. Bir kurs müalicə etdik, bir az düzəlmişdi. Yoldaşı ilə mən işdə olmuşuq. Xəbər gəldi ki, başı pozulub. Anası ilə birgə Gəncə Xəstəxanasına apardıq. Müalicə olunacaq”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetində: