📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XƏBƏRDARLIQ! Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz

2022-02-04 12:25:00

XƏBƏRDARLIQ! Bu dərmandan istifadə etməklə qara ciyərinizi zədələyə bilərsiniz

Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar.

Öskürək, halsızlıq və boğaz və əzələ ağrıları zamanı həkim resepti olmadan "Paracetamol" və "Strepsis" kimi ağrıkəsicilərdən istifadə edirlər.

Nəticədə vətəndaşlar öz vəziyyətlərini ağırlaşdırmış olurlar. Üstəlik virusun yayılmasına da şərait yaradırlar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman qəbulu həkim nəzarətində olmalıdır: "Özbaşına reseptlərdən istifadə etmək, antibiotik vurmaq təhlükəlidir. "Paracetamol"un həddən çox qəbulu qara ciyəri zədələyə bilər. ABŞ-da statistikaya görə, bu dərmanın qəbulundan ildə 500 nəfər həyatını itirir". (BAKU.WS)