Xəbərdarlıq: “Ruslar bir dəfə evinizə girdisə, çıxarmaq çox çətindir”
2022-01-08 12:45:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ diplomatiyasının rəhbəri Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Rusiyadan yardım istəməsi ilə bağlı xəbərdarlıq edib. ABŞ-ın Xarici İşlər naziri Entoni Blinken deyib: “Ruslar bir dəfə evinizə girdisə, onları evinizdən çıxarmaq çox çətindir”.
Blinken deyib: “Mənim fikrimcə, Qazaxıstan rəhbərliyi qanun çərçivəsində, etirazçıların hüquqlarına hörmət edəcək şəkildə nümayişlərin öhdəsindən gələ bilərdilər və onların xarici yardıma ehtiyacı yox idi. Yaxın tarixdən götürülmüş dərsdir: ruslar bir dəfə evinizə girdimi, onları evinizdən çıxarmaq bəzən çox çətin olur”.
Hürr Tərcüman