📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Xəbərdə qeyd etdiyi nazirin adını bildirsin!” – Ehsan Zahidov

2022-09-26 17:54:00

“Xəbərdə qeyd etdiyi nazirin adını bildirsin!” – Ehsan Zahidov

Bu gün "Yeniavaz" saytının baş redaktoru Anar Qaraxançallı feysbuk hesabında vətəndaş şikayətini işıqlandırdığı üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Ehsan Zahidovun ona zəng edib narazılığını bildirməsi barədə post paylaşıb.

Baş redaktor Ehsan Zahidovun ona xəbərdarlıq etdiyini də bildirib. 

Məsələ ilə əlaqədar Ehsan Zahidov “Yeni Sabah”a açıqlamasında o xəbərlə bağlı jurnalistə zəng etdiyini təsdiqləyib:

"Bəli, mən zəng edib yazıda adı qeyd olunmayan nazirin adının çəkilməli olduğunu bildirdim. O da məsələnin vətəndaşların dediyini bildirdi. Mən də  jurnalistin fakta söykənməli, "deyilənə görə" ilə hərəkət etməməli olduğunu vurğuladım. Bu səbəbdən ona "KİV haqqında Qanun"la bağlı xəbərdarlıq etdim.

Mənbəsini açıqlamasın. Amma yazısında qeyd etdiyi nazirin adını və hansı vətəndaşın dediyini bildirsin".