📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xələf Xələfov İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

2023-09-30 13:34:02

Xələf Xələfov İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətləri, həmçinin regional durumu müzakirə ediblər.

Onlar, həmçinin Qarabağdakı vəziyyət barədə danışıblar. (report)