📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xərçəng bədəninə yayılır - Oğlu danışdı

2026-08-09 11:45:30

Xərçəng bədəninə yayılır - Oğlu danışdı

ABŞ-nin sabiq prezidenti Co Baydenin xərçəng xəstəliyinin yayıldığı açıqlanıb.

Hurriyyet.Media  xəbər verir ki, Baydenin oğlu Hanter Bayden BBC-yə müsahibəsində atasının səhhəti barədə danışıb.

O bildirib ki, 2025-ci ilin mayında “bədxassəli prostat vəzi şişi” diaqnozu qoyulan Co Baydenin xəstəliyi artıq yayılıb və sümükləri, eləcə də bədənin digər nahiyələrini metastazla əhatə edib.

Hanter Bayden atasının xərçənglə mübarizəsinin artıq xeyli çətinləşdiyini deyib.