Xərçəng hüceyrələrinin sirri tapılıb
Hurriyyet.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, ABŞ-da xərçəng və qidalanma sahələrini araşdıran həkim Semir Beyaz yağdan həddindən artıq istifadə eləməyin bağırsaq şişlərinə təsirini araşdırıb və xərçəng hüceyrələrinin özlərini immunitet sistemindən necə gizlədiklərini kəşf edib.
Nyu-Yok Kold Sprinq Harbor Laboratoriyasında çalışan doktor Beyaz qərbsayağı yağlı, şəkərli və az lifli qidalanmanın metabolik xəstəliklərə meyl yaratdığını söyləyib, bu qidaların kökəlməklə yanaşı, piylənməyə də səbəb olduğunu deyib: “Bundan əvvəlki araşdımamızda çox yağlı və çox karbohdiratlıq qidalanma modelinin immunitetin kök hüceyrələrinin funksiyalarını həddən artıq çoxaltdığını, muasiyaya uğratdığını və bunun da xərçəngi yaratma riskini artırdığını aşkar etdik. İndiki araşdımamızda isə yağlı qidaların eyni zamanda xərçəngi başlayan hüceyrələrin immunitet sistemindən yayınmasına səbəb olduğunu yəqin etdik”.
Hürr Tərcüman