📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xərçəng xəstəliyinin müalicəsində elmi sıçrayış: “Biontech” şirkəti xərçəngə qarşı “mRNA” peyvəndi hazırladı

2023-09-06 16:23:10

Xərçəng xəstəliyinin müalicəsində elmi sıçrayış: “Biontech” şirkəti xərçəngə qarşı “mRNA” peyvəndi hazırladı

İngiltərədə “Biontech” tibbi şirkət tərəfindən hazırlanmış “mRNA” peyvəndi ilə xərçəngin müalicəsində bir ilkə nail olunub. 54 yaşlı xərçəng xəstəsi Adrian Teylorun şişlərinin çoxu bu müalicə sayəsində bir il ərzində yox olub. İngiltərədə aparılan xərçəng peyvəndinin klinik sınaqlarında 54 yaşlı Adrian Teylor müsbət nəticə göstərib. Teylorun sağalmasında irəliləyiş həkimləri də təəccübləndirib. 2021-ci ilin dekabrında badamcıq xərçəngi diaqnozu qoyulan Teylor, kimyaterapiya və radioterapiya ilə müalicə olunduqdan sonra şiş yox olub. Amma ötən ilin iyununda xərçəngin onun ağciyərlərinə keçdiyi məlum olub.

Adiran Teylorun sağ ağciyərində ən böyüyünün diametri 9 millimetr olan 6 şiş olub və bu şiş tezliklə 25 millimetrə qədər böyüyüb. Xərçəng sürətlə yayılmağa başladığı üçün həkimlər sağ qalma şansının olmadığını bildiriblər.

Sentyabr ayında mRNA əsaslı xərçəng peyvəndinin klinik sınaqlarında iştirak etmək qərarına gələn Teylor Liverpuldakı Clatterbridge Xərçəng Mərkəzində müalicəyə başlayıb. Teylora mRNT peyvəndi ilə birlikdə "Pembrolizumab" adlı yeni dərman verilib. Peyvənd xərçəng hüceyrələrini öldürən yeni immun hüceyrələrini aktivləşdirir. Dərman immunitet sisteminin xərçəng hüceyrələrinə hücumuna kömək edib.

Teylor ilk dozanı noyabr ayında alıb, hər üç həftədən bir yeni doza vurulub, səkkiz həftədən bir görüntüləmə aparılıb. May ayında aparılan müayinə onun ağciyərindəki şişlərdən birindən başqa hamısının yoxa çıxdığını göstərdi. 25 millimetrlik şiş 4,6 santimetrə qədər kiçildi. Teylor iki il başa çatana qədər müalicəsini davam etdirəcək. Adrian Teylor İngiltərədə sınaq mərhələsində olan xərçəng peyvəndindən faydalanan ilk xəstələrdən biri olub. Klinik sınaqlarda müsbət nəticələr əldə olunmağa davam edərsə, mRNT peyvəndi xərçəng müalicəsində inqilab edəcək. Üstəlik, peyvənd həm hazır tətbiq oluna bilər, həm də fərdi vaksinlər kimi tətbiq edilə bilər.

“Covid” peyvəndindən fərqli olaraq, xərçəng peyvəndi profilaktik məqsədlə vurulmur. Xərçəng peyvəndi xərçəng xəstələrinin müalicəsində istifadə olunur.

Böyük Britaniyada hazırda baş və boyun xərçəngləri, həmçinin dəri xərçənginin bir növü olan melanoma, prostat, kolon və düz bağırsaq xərçəngləri üçün klinik sınaqlar aparılır.

Ülviyyə, Hurriyyet.az