📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xərçəngdən əziyyət çəkən jurnalist: köməyə ehtiyacı var

2026-01-22 20:42:35

Xərçəngdən əziyyət çəkən jurnalist: köməyə ehtiyacı var

Jurnalist Gülşən Şərif xeyli vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkir. 

Hurriyyet.org xəbər verir ki, sosial şəbəkədə jurnalistlə bağlı kampaniya başladılıb. Məqsəd kimyaterapiyalar üçün maddi yardıma ehtiyac duyan Gülşən Şərifi dəstəkləməkdir.

“Bakıvaxtı.az”la əməkdaşlıq edən jurnalist 12 həftəlik kimyaterapiya seansının 3-cü həftəsini bitirib. Qarşıda onu daha 9 kimyaterapiya seansı və bir əməliyyat gözləyir. Lakin onun maddi durumu bu müalicələri qarşılamağatam yetmir.

Anası və xalasını xərçəngdən erkən itirən G.Şərfin özü də indi bu xəstəliklə mübarizə aparır. O, 3 yaşlı bir qız anasıdır.

Jurnalistin bank hesabı: 4169 7388 9054 9276.