📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xerson administrasiyası binasında Ukrayna bayrağı asıldı

2022-11-11 12:51:00

Xerson administrasiyası binasında Ukrayna bayrağı asıldı

Xerson vilayəti administrasiyasının binası qarşısında Ukrayna bayrağı peyda olub. Bunu Xersonlu jurnalist Konstantin Rıjenkonun dərc etdiyi şəkil sübut edir. Onun mesajından belə çıxır ki, bayrağın yerli partizan hərəkatının nümayəndələri asıblar.
Fotoda binanın üstündəki bayraq dirəyinin özünün boş qaldığı görünür. Rusiya bayrağı bir həftə əvvəl binadan yoxa çıxıb.
Rıjenko teleqram kanalında onu da yazır ki, iki gün əvvəl Rusiya ordusunun təslim olduğunu elan etdiyi Xersondakı vəziyyətdən məlumatlıdır. Onun sözlərinə görə, indi şəhərdə işıq, su, istilik yoxdur, amma qaz var. Sakinlər su üçün çaya getməli olurlar. Bundan başqa, şəhərdə çörək azdır, rabitə problemi də var.

Ülviyyə, Hurriyyet.az