Xerson bölgəsi düşmən atəşindən zərər çəkib: ölən və yaralanan var...
Hurriyyet.az xəbər verir ki, düşmən Xerson və bölgənin yaşayış məntəqələrinə hücum edib, zərbələr nəticəsində itkilər var.
Bu barədə Xerson OVA-nın rəhbəri Aleksandr Prokudin məlumat verib.
Son gün ərzində Xerson şəhəri də daxil olmaqla, bölgənin 25 yaşayış məntəqəsi düşmənin pilotsuz təyyarələrinin terroruna, hava zərbələrinə və artilleriya atəşinə məruz qalıb.
Rusiya hərbçiləri regionun yaşayış məntəqələrinin vacib və sosial infrastrukturuna; yaşayış məntəqələrinə zərbələr endirib.
Xüsusilə, 3 çoxmərtəbəli bina və 3 fərdi evə ziyan dəyib. İşğalçılar həmçinin mobil rabitə qülləsinə, yardımçı binaya, köşkə və şəxsi avtomobillərə ziyan vurublar.
Rusiyanın təcavüzü nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Düşmən Donetsk bölgəsini atəşə tutub: ölən və yaralanan var.
Hurriyyet.az