📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XERSONDA DAHA BİR RUS GENERALI ÖLDÜRÜLDÜ - Ukrayna Prezident Ofisinin rəhbəri açıqladı

2022-08-16 09:50:00

XERSONDA DAHA BİR RUS GENERALI ÖLDÜRÜLDÜ - Ukrayna Prezident Ofisinin rəhbəri açıqladı

Ukraynada Rusiya ordusunun generalı öldürülüb. 

“RBC-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, ölkənin Silahlı Qüvvələrinin Xerson bölgəsindəki Rusiya ordusunun generalını zərərsizləşdirdiyini qeyd edib.

"Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb", - o deyib.

Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda, düşmənin xeyli sayda canlı qüvvəsinin artilleriya zərbəsi ilə zərərsizləşdirildiyini də əlavə edib.