📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xersonda rusların birinci müdafiə səddi yarıldı

2022-06-20 14:20:00

Xersonda rusların birinci müdafiə səddi yarıldı

Ukrayna ordusu işğalçıları Xerson vilayətindəki birinci müdafiə səddindən çıxarıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyası rəhbərinin müşaviri Sergey Xlan məlumat yayıb.

“Ukrayna ordusu arxa cəbhədə yerləşən anbarlara dəqiq zərbələr endiriblər. Novaya Kaxovkada düşmənin sursat anbarına 3 dəfə dəqiq zərbə endirilib. Sofiyevka və Davidov Brod kəndlərində döyüşçülərimiz əks-həmlə əməliyyatı aparıblar. Hazırda düşmən ikinci və üçüncü müdafiə mövqelərində möhkəmlənməyə çalışır”, - Xlan bildirib.