📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xəstəxananın həyəti gölə döndü - Video

2025-04-17 11:15:01

Xəstəxananın həyəti gölə döndü - Video

Aprelin 16-da ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti Ucar rayonuna da təsirsiz ötüşməyib.

Hurriyyet.az Unikal-a istinadla xəbər verir ki, yağış suları Ucar Rayon Mərkəzi Xəstəxanasının həyətinə dolaraq bir sıra problemlər yaradıb.

Belə ki, xəstəxanaya müraciət edən rayon sakinləri xüsusilə təcili tibbi yardım, poliklinika və uşaq xəstəxanasına daxil olmaqda çətinlik çəkiblər. Nəticədə nəqliyyat vasitələri insanları binanın girişinə qədər gətirməli olublar.

Yaranmış fəsadın aradan qaldırılması üçün heç bir tədbirin görülməməsi isə təəccübə səbəb olub.