Xəstəxanaya yerləşdirilən Arif Hacılının səhhəti necədir?
2023-06-06 17:48:00
Müsavat başqanı Arif Hacılının səhhəti normallaşır.
Hurriyyet.az xəbər verir ki, bu barədə qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirən Arif Hacılının səhhətindən danışarkən deyib. O, Arif Hacılının reanimasiyadan palataya köçürüldüyünü vurğulayıb:
"Arif bəyin vəziyyəti günü-gündən yaxşılaşır. Ayaq üstə durur, gəzir. Hazırda əməliyyatdan sonrakı prosedurlar icra olunur”.
Qeyd edək ki, iyunun 3-də Müsavat başqanı Arif Hacılı açıq ürək əməliyyatı olunub.