📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xətai rayon İcra şöbəsinin rəisinə şiddətli töhmət verilib - İşdən çıxarılacağı gözlənilir

2022-10-04 16:13:00

Xətai rayon İcra şöbəsinin rəisinə şiddətli töhmət verilib - İşdən çıxarılacağı gözlənilir

Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımova işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verilib. 

Bu barədə Azpolitika.info-ya ədliyyə orqanlarındakı mənbədən məlumat daxil olub. 

V.Qasımovun yaxın günlərdə işindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, V.Qasımov Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun qardaşıdır.