📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xətai sakinlərinin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq

2024-03-04 20:32:10

Xətai sakinlərinin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə 05.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.