📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xəzər dənizində yeni ada yarandı - VİDEO

2026-08-26 23:11:39

Xəzər dənizində yeni ada yarandı - VİDEO

Xəzər dənizinin dayazlaşması səbəbindən yeni bir ada yaranıb.

Yeni yaranan ada Qazaxıstan mətbuatı tərəfindən videoya çəkilib.

Mütəxəssislər bildirirlər ki, son 4-5 ildə Xəzər dənizinin şimal hissəsində suyun səviyyəsinin azalması səbəbindən yeni quru əraziləri yaranmağa başlayıb. Xüsusilə, onlar Xəzər suitilərinin yaşadığı Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayaşikkan və Dolgiy adalarının yaxınlığında formalaşır.

Mütəxəssislərin fikrincə, Xəzər dənizinin bu hissəsindəki adalarda əsasən canavarlar yaşayır. Burada vəhşi qabanlara və porsuqlara da rast gəlinir. Sahil suları və adalar müxtəlif balıq və quşların evidir./Unikal/