📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Xəzər Lənkəran" qayıtdı? - AÇIQLAMA

2022-02-10 19:25:00

Region Liqasında çıxış edən "Xan Lənkəran" klubunun adının dəyişdirilərək "Xəzər Lənkəran" olduğu barədə xəbər yayılıb.

Bunun nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirməkçün cənubluların idman direktoru Emin Təyyaroğluyla əlaqə saxladıq. Klub rəsmisi açıqlamasında informasiyanı nə təsdiq, nə də təkzib etdi: "Heç nə dəqiq deyil, ona görə indidən nəsə deyə bilmərəm. Mən də bu məlumatı sosial şəbəkələrdə gördüm".

Bildirək ki, yayılan xəbərdə klub rəhbərliyinin İstanbulda "Xəzər Lənkəran"ın fəxri prezidenti, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla görüş keçirdiyi və "Xan Lənkəran"ın adının dəyişdirildiyi qeyd olunub.

Qeyd: məlumatı ilk olaraq Azərbaycan Azarkeşlər Birliyinin (AAB) rəhbəri Atanur Cəfərli sosial şəbəkə hesabında paylaşıb.

 

Mənbə: Offsideplus.az