📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xəzər rayonunda narkopriton aşkarlandı

2025-01-09 21:41:19

Xəzər rayonunda narkopriton aşkarlandı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Bu barədə Hurriyyet.Az-a DİN-dən məlumat verilib.

Qeyd edilib ki, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb. Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.