📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xəzərdə növbəti zəlzələ oldu

2024-12-26 09:03:01

Xəzərdə növbəti zəlzələ oldu

Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.

***

Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.