Xəzərin sahilində tapılan suiti cəsədləri ilə bağlı ARAŞDIRMA APARILIR
2022-12-10 11:05:00
İki gün əvvəl Xəzərin Xaçmaz rayonu sahillərində aşkar edilən 4 suitu cəsədi yarılaraq Bakıya-Qida Təhlükəsizĺiyi Agentliyinin laboratoriyasına göndərilib.
Hurriyyet.az xəbər verir ki, suitilərin kütləvi surətdə tələf olmasının səbəbləri ekspertizanın rəyindən sonra aydın olacaq.
Qeyd edək ki, Xəzərin Rusiya, Qazaxıstan və Azərbaycan ərazilərində su heyvanlarının kütləvi şəkildə qırılması müşahidə olunur.
bizim.media