📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xilasedicilərimiz 105 saat sonra məktəbli qızı sağ çıxardı

2023-02-11 10:20:00

Xilasedicilərimiz 105 saat sonra məktəbli qızı sağ çıxardı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. 

Hurriyyet.az xəbər verir ki, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub. 

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. 

yenisabah.az