📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xilasedicimiz Türkiyədə xəsarət aldı - VİDEO

2023-02-15 22:13:00

Xilasedicimiz Türkiyədə xəsarət aldı - VİDEO

 

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.
Hurriyyet.Az xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.
Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.
Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.
Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.