📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN: "Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib"

2021-08-16 11:23:00

XİN:

"Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur"

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

HURRİYYET.org-un məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".