📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN bu təşkilatlara nota göndərdi

2023-12-29 09:50:27

XİN bu təşkilatlara nota göndərdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara dəvət göndərdiyi məlum olub.

Hurriyyet.az xəbər verir ki, XİN-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.

Xatırladaq ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

report.az