📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN-də geniştərkibli kollegiya iclası keçirilib

2026-01-23 19:38:02

XİN-də geniştərkibli kollegiya iclası keçirilib

Xarici İşlər Nazirliyində (XİN) geniştərkibli kollegiya iclası keçirilib.

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə keçirilən iclasda XİN-in rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak ediblər.

İclasda ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və XİN-in fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.