📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN-də yeni təyinat

2026-11-19 18:45:13

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib.

Qeyd edək ki, AIDA Azərbaycan dövləti tərəfindən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir.