📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA

2022-10-25 10:46:00

XİN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA

2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

"Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - qeyd olunub.