📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN-dən Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım

2023-03-09 16:38:00

XİN-dən Tərtərdəki mina partlayışı ilə bağlı paylaşım

“Ermənistanın mina terroru azərbaycanlıların həyatına son qoymağa davam edir”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir.

“Bu gün azərbaycanlı mülki şəxs minanın partlaması nəticəsində ağır yaralanıb. Nəticədə 2020-ci il müharibəsindən sonra mina səbəbindən ölən və yaralananların sayı 284 nəfərə çatıb. Beynəlxalq tərəfdaşlar Ermənistanın terroruna biganə qalmamalıdırlar”, - deyə paylaşımda qeyd olunub. 

Xatırladaq ki, bu gün 13:00 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.