📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN: Ermənistan regionda həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir

2021-11-06 16:07:00

XİN: Ermənistan regionda həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir

Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter” səhifəsindən Beynəlxalq müharibə və silahlı münaqişələrdə ətraf mühitin istismarının qarşısının alınması günü münasibətilə paylaşım edib.

Hurriyyet.az Pravda.az-a istinadənxəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təbii yaşayış mühitinin bərpasına sadiqdir və Ermənistanın qanunsuz işğalı zamanı vurduğu böyük ziyandan narahatdır. Ermənistan regionda həm ermənilərin, həm də azərbaycanlıların yaşayış mühitini zəhərlədiyinə görə cavab verməlidir”.