📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib

2022-09-29 11:10:00

XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib

“Ermənistan növbəti saxta ittihamla çıxış edib”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

O vurğulayıb ki, İrəvan eyni ssenarini təkrarlayır: "Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”.

XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.