Xırdalanda 1 milyona yaxın borcu olan şirkət rəhbəri saxlanıldı - Saqqız oğurladığı üçün...
2023-12-30 00:28:03
"Hernmort Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru marketdən saqqız oğurladığı üçün saxlanılıb.
Hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən supermarketdə baş verib.
Belə ki, şirkət direktoru marketdən 420 manat dəyərində "Dirol" markalı saqqızı oğurlayıb.
27 dekabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılan şirkət direktorunun törətdiyi hadisəyə görə cinayət işinin başlanması rədd edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.

Qaynarinfo.Az