Xırdalanda atraksiondan yıxılıb ölən qadının SON GÖRÜNTÜSÜ
2023-06-10 21:10:00
Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində həyatını itirən şəxsin son görüntüləri yayılıb.
Bununla bağlı video sosial mediada paylaşılıb.
Belə ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minayə Rasim qızı Nuriyeva iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkdakı atraksiyondan yıxılıb.
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Həmin görüntüləri təqdim edirik:



Metbuat.Az