📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xırdalanda avtomobil 37 yaşlı qadını vurub

2024-06-26 08:56:56

Xırdalanda avtomobil 37 yaşlı qadını vurub

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Xırdalan şəhərində yolu keçən 1987-ci il təvəllüdlü Kərimova Aytən Balakişi qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.