📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xırdalanda dəhşətli QƏTL

2026-04-18 18:12:15

Xırdalanda dəhşətli QƏTL

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Musavat.com Report-a istinadla bildirir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.