📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xırdalanda ər 22 yaşlı arvadını öldürdü

2021-10-08 09:33:00

Xırdalanda ər 22 yaşlı arvadını öldürdü

Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

İstintaq tədbirləri davam etdirilir.