📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xırdalanda güclü yanğın - İnsanlar təxliyə edildi

2024-07-10 21:33:44

Xırdalanda güclü yanğın - İnsanlar təxliyə edildi

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

Bu barədə Hurriyyet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.