📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xırdalanda güclü yanğın - Video + Yenilənib

2022-06-22 15:58:00

Xırdalanda güclü yanğın - Video + Yenilənib

Xırdalanda güclü yanğın başlayıb.

Hurriyyet.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.