📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocalı qatili Balasanyanla bağlı SON DƏQİQƏ məlumatı

2023-10-07 19:46:16

Xocalı qatili Balasanyanla bağlı SON DƏQİQƏ məlumatı

Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın Ermənistan ərazisində olması ilə bağlı erməni mənbələrinin yaydıqları xəbər doğrudur.

Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib.

Hurriyyet.Az bildirir ki, məlumatı Musavat.com-a verən mötəbər mənbənin rəyinə görə, Qarabağda hərbi cinayətlər törətmiş və əli dinc azərbaycanlıların qanına batmış rejim mənsubu harada olmasından asılı olmayaraq, Azərbaycan dövləti tərəfindən tapılacaq və öz cəzasına çatdırılacaq. Bu baxımdan Vitali Balasanyanın hazırda gizləndiyi Ermənistan o qədər də etibarlı bir yer sayılmır.