📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocalı qatili Serj Sarkisyanın qamarladığı əmlakın müsadirəsi üçün qızları məhkəməyə çağırıldılar

2022-12-21 12:22:00

Xocalı qatili Serj Sarkisyanın qamarladığı əmlakın müsadirəsi üçün qızları məhkəməyə çağırıldılar

Deyəsən Ermənistanda da keçmiş hakimiyyət mənsublarının mənimsədikləri qeyri-qanuni yolla əldə edilmiş varidatın geri alınması və çəkilən zövqü-səfanın "burnundan gətirilməsi" prosesi gedir.

Belə ki, Ermənistanın əli qanlı Xocalı qatili üçüncü prezidenti Serj Sarkisyan və onun iki qızı Anuş Minasyan və Satenik Sarkisyan qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsi işi çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıblar. Bu barədə "armenpress"ə "Azdarar" rəsmi saytından məlumat verilib.
“Bu işdə təqsirləndirilən şəxs kimi siz 19 yanvar 2023-cü il saat 15:00-a təyin edilmiş ilkin baxış iclası üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunmusunuz”, deyə bildirişdə yazılıb.

Ülviyyə, Hurriyyet.az