Xocalı sakinləri torpaqlarına qayıdır?
2022-03-09 13:15:00
İşğaldan azad olunmuş rayon və kəndlərimizdə qeydiyyatda olan vətəndaşların siyahısı alınır.
Hurriyyet.az-a daxil olan məlumata görə Xocalı sakinlərinə də bu günlərdə məsələ ilə bağlı zəng olunub.
Bu barədə saytımıza məlumat verən sakinlər bildiriblər ki, onlara Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsindən zəng edilib və Xocalıya köçməyə hazır olub olmadıqları sualı ünvanlanıb.
Məcburi köçkünlər cavab olaraq bildiriblər ki, Xocalı hələ azad edilməyib, necə köçə bilərik? Onlara bildirilib ki, Xocalının işğaldan azad olunmuş bəzi kəndlərinə köçürüləcəklər.