Xocalıda mina partladı - Son dəqiqə
2023-08-24 13:13:03
Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Partlayış nəticəsində xəsarət alan yoxdur.
Araşdırma aparılır.