📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocalıda nə baş verir? - Müdafiə Nazirliyindən AÇIQLAMA

2022-03-07 21:19:00

Xocalıda nə baş verir? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur", - məlumatda qeyd edilir.