📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocavənddə hərbçimizə hücum edən erməni əsilli şəxs zərərsizləşdirildi

2021-12-03 15:24:00

Xocavənddə hərbçimizə hücum edən erməni əsilli şəxs zərərsizləşdirildi

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.