📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocavənddə mina partlayıb

2026-08-21 19:33:42

Xocavənddə mina partlayıb

Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.