📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xocavənddə yanğın başlayıb - Video

2026-09-24 22:17:03

Xocavənddə yanğın başlayıb - Video

Xocavənd rayonunun dağlıq ərazilərində yanğın başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın rayonun Qaraçuğ dağının yüksəkliyində qeydə alınıb.

Günün ikinci yarısından başlayan yanğın ərazidə genişlənib. Hazırda yanğın dağlıq ərazidə davam edir.

Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.