📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xorvatiyalı modelə Bakıya gəlməsi üçün böyük məbləğdə pul verilib

2023-04-28 19:22:00

Xorvatiyalı modelə Bakıya gəlməsi üçün böyük məbləğdə pul verilib

2022-ci ildə Qətərdə keçirilmiş futbol üzrə Dünya çempionatında məşhurlaşmış 2016-cı ilin Xorvatiya gözəli İvana Knoll Azərbaycana reklam əməkdaşlığı çərçivəsində təşrif buyurub.

Hurriyyet.Az xəbər verir ki, modelin ölkəmizə səfəri Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əməkdaşlıq etdiyi şirkətlərdən birinin dəvətilə baş tutub.

İvana Bakıya səfəri qarşılığında 50 min avro qazanc əldə edəcək. O, yarışlardan əlavə, rəsmi və qeyri-rəsmi tədbirlərdə də iştirak edəcək. Knollun Bakıya gətirilməsində əsas məqsəd tamaşaçıların aktivliyinin artırılması və Qran-Priyə olan marağın çoxalmasına hesablanıb (aut.az).