📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xoşbulaq zibillikləri: Əhəd Abıyev hara baxır? - VİDEO

2022-07-18 16:11:00

Xoşbulaq zibillikləri: Əhəd Abıyev hara baxır? - VİDEO

Azərbaycanın turizm, istirahət məkanı Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsi zibilxanaya çevrilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aslan İsmayılov görüntülər paylaşıb.

“Videoda gördüyünüz səhnə Azərbaycanın gözəl guşəsi, insanlarımızın turizm, istirahət məkanı Daşkəsən rayonunun Xoşbulaq qəsəbəsidir. Rayon torpaqlarını qarış-qarış satan icra başçısı, keçmiş sürücüsünü müavin təyin edən Əhəd Abıyevə bu zibilliklər barədə bir söz deyən yoxdur. Hər yerdə olduğu kimi oranın da kommunal təsərrüfat idarəsi var və büdcədən külli miqdarda maaş alırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də susmaqda davam edir”.

BakuPost